Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçda "Portu"ya 0:1 hesabı ilə uduzan "Arsenal"ın uğursuz seriyası davam edir.
Fanat.Az xəbər verir ki, Venderson Qalenonun 90+4-cü dəqiqədə vurduğu qola üzülən London təmsilçisi ÇL-in pley-offunda ardıcıl 5-ci məğlubiyyətini alıb.
Bunadək "topçular" 2015/2016 mövsümündə "Barselona"ya (0:2, 1:3), 2016/2017-də isə "Bayern Münhen"ə (1:5, 1:5) uduzublar.
Qeyd edək ki, dünən Portuqaliyadan məğlub dönən "Arsenal" "Emireyts"dəki cavab matçında martın 12-də çıxacaq.