"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade UEFA Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcəkləri "Bayer Leverkuzen"lə oyunlar barədə danışıb.
Kabo Verde millisinin futbolçusunun Fanat.Az-a verdiyi qısa açıqlama belə olub:
"Bu komanda ilə qrupda da üz-üzə gəlmişik. Birinci matça daha yaxşı hazırlaşa bilmək üçün bir neçə günümüz də var. Öncə "Bayer"lə Bakıda keçirəcəyimiz görüşə yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, "köhlən atlar" "Bayer"ə qarşı ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.
Nahid Ustaclı