UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer Leverkuzen"in planları bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.
Klub rəsmisi Almaniya təmsilçisinin Bakıya martın 6-da, axşam saatlarında gələcəyini açıqlayıb. Ağdamlıların rəqibinin "Hilton" hotelində məskunlaşacağı bildirilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.