"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Braqa"nın yarımmüdafiəçisi Alvaro Calo iş yerini dəyişib.
Fanat.Az xəbər verir ki, sözügedən oyunçu Bilbao "Atletik"inə transfer olunub.
Məlumatı La Liqa klubunun rəsmi saytı yayıb. 24 yaşlı Calo cari mövsümün sonuna qədər Portuqaliya təmsilçisində qalacaq və iyulun 1-də "Atletik"ə qoşulacaq. Bu keçid "basklar"a 15+5 milyon avroya başa gəlib.
Xatırladaq ki, səfərdə bu rəqibini 4:2 hesabı ilə yenən ağdamlılar "Tofiq Bəhramov"da 2:3 hesabı ilə uduzublar. Bakıdakı matçda təmsilçimizin qapısına vurulanqollardan birinə Calo imza atıb.