UEFA Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşmasının hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Benua Bastyan olacaq. Ona Aurelien Bertomieu və Hiçam Zakrani yardım edəcəklər. Görüşün dördüncü hakimi Ceremi Piqnarddır. Hakimlərin işinə Bolqarıstandan olan hakim-inspektor: İçko Lozev
“Qarabağ” – “Bayer” oyunu martın 7-si, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.