Cari mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən Xavi Kataloniya klubundan daha tez qovula bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Barsa" bu rəqibini mübarizədən kənarlaşdıra bilməyəcəyi təqdirdə, 44 yaşlı mütəxəssis istefaya göndəriləcək. Mənbə İspaniya nəhənginin idarəçilərinin komandanın 1/4 finala yüksəlməsinə minimum hədəf kimi baxdıqlarını və mümkün uğursuzluğu Xaviyə bağışlamayacaqlarını vurğulayıb.
Qeyd edək ki, "Barselona" - "Napoli" qarşılaşması martın 12-də keçiriləcək.
Nihat