"Portu"nun baş məşqçisi Serjiu Konseysau Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün London "Arsenal"ına qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Portu" Londona döyüşmək, qələbə qazanmaq və 1/4 finala yüksəlmək üçün gəlib. "Arsenal"a hörmət edirik, amma rəqibdən qorxmuruq. Hər iki komandanın ustalıq səviyyəsi yüksəkdir. Onların heyətində hansı futbolçuların yer alacağından asılı olmayaraq, müdafiədə inamlı görünməli, qələbə qazanmağa çalışmalıyıq".
Xatırladaq ki, Portuqaliya təmsilçisi evdə İngiltərə Premyer Liqasının lideri üzərində 1:0 hesablı qələbə qazanıb. "Arsenal" - "Portu" görüşünün start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.
Nihat