"Napoli"nin yarımmüdafiəçisi Matteo Politano Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün səfərdə "Barselona"ya qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Barselona" güclü futbolçulara malik böyük klub olaraq qalır. Onlar ilk oyunda bizə problemlər yaratdılar. Cavab qarşılaşması çox çətin olacaq. Müdafiədə otursaq, daha çox əziyyət çəkəcəyik. Çünki onların üstün tərəfləri topa nəzarətdir. Dünənki məşqin sonlarında penaltilər üzərində işlədik. Ancaq ümid edirik ki, cütün taleyini penaltilərə saxlamadan qalib gələcəyik".
Xatırladaq ki, tərəflərin Neapoldakı dueli 1:1 hesablı bərabərliklə bitib. "Olimpik Lyüis Kompanis" stadionunda reallaşacaq ikinci görüşünün start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.
Nihat