"Atletiko Madrid"in futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında 25 fərqli komandaya qol vurub.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu 1/8 final mərhələsinin İtaliya "İnter"i ilə cavab görüşündə (2:1) fərqlənərək öz göstəricisini yaxşılaşdırıb.
Bu baxımdan o, həmyerliləri arasında yalnız Kərim Benzemadan geri qalır. 34 fərqli klubun qapısına yol tapan Benzema fransalılar arasında rekordçudur.
Qeyd edək ki, bu mövsüm Qrizmann "Atletiko"nun forması ilə çıxdığı 37 oyunda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.