15:17 19.03.2024 285

“Qəbələ”də yeni müqavilə

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.

Fanat.Az xəbər verir ki, idmançı ilə anlaşma müddəti bir ili əhatə edir.

Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.

Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun aktivində 9 qələbə var.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X