22:03 26.03.2024 198

“Komanda istəkli olmalıdır ki, elitada qalmağı qarantiləyə bilək” - Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az sizi həmin müsahibə ilə tanış edir:

- Adil müəllim, 3-cü dövrənin yekunlarını komandamız üçün necə qiymətləndirirsiz?
- “Kəpəz” bu dövrədə komanda olaraq inamlı çıxış etdi. Deyərəm ki, bütün futbolçular hər oyuna maksimum şəkildə istəkli yanaşdılar. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey ediblər. Birgə fəaliyyətimiz indi də davam edir.

- Bizi qarşıda sonuncu dövrə gözləyir. Çətin oyunlara komanda hazırdı?
- 4-cü dövrədə bizi daha ağır mübarizə gözləyir. Çünki sonuncu dövrədə turnir cədvəlində bizdən yuxarıda olan komandalar qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə Premyer Liqada qalmaq uğrunda oynayırlar. Bu mərhələdə komandamız çalışıb maksimum xal toplamalıdır. Fikrimcə, komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək.

- Geriyə boylananda hansı oyunun nəticəsi sizin üçün daha yaddaqalan olub?
- Komandada olduğum gündən bütün oyunlar yüksək dinamikada keçib və bu, məni çox sevindirir. Buna görə futbolçulara təşəkkür etmək istəyirəm. Həqiqətən oyunçular böyük işin öhdəsindən gəldilər. Daha çox yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bolqollu alındı. Baxımlı qollar vurduq.

- Mətbuatda bəzən filan futbolçunun komandadan gedəcəyi, əksinə gələn mövsüm kiminsə heyətə qosulacağı barədə yazılar gedir. Buna münasibətiniz?
- Komanda sonuncu dövrədə çempionatda ən çox xal toplayan 3-cü kollektiv olub. Bu komandaya, heyətə daha da çox inanmaq və güvənmək lazımdır. İnşaallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola bilərlər.

- Adil müəllim, demək olarmı ki, hər addımda azarkeşlərin və klub rəhbərliyinin dəstəyini hiss edirsiz?
- Klub rəhbərliyinin dəstəyi yüksək formadadır. İlqar müəllim komandanı lazımı səviyyədə motivasiya etmək üçün mümkün bütün imkanlarından istifadə edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə hətta məşqlərə çıxarkən onların bizim yanımızda olması futbolçulara ruh yüksəkliyi verir.

- Sirr deyilsə, komandanı siz özünüz necə oyunlara motivasiya edirsiz?
- “Kəpəz” sıradan olan bir komanda deyil. Bu klubun tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların onlara olan yanaşmasını, münasibətini bir daha görüblər. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X