09:25 08.04.2024 638

“Qarabağ” qələbələrə doymur – Tura baxış

Misli Premyer Liqasının 29-cu turu məşqçi istefasıyla yadda qaldı. “Kəpəz”ə məğlub olan “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov istefa ərizəsini rəhbərliyə təqdim etdi. Hakim Elçin Məsiyevin kobud səhvləri ilə “zəngin” olan “Neftçi” – “Sumqayıt” qarşılaşmasında qalib müəyyənləşmədisə, “Zirə” inamlı qələbə sayəsində ikinci pilləni ələ keçirdi.

“Araz-Naxçıvan” – “Kəpəz” 1:2
Qollar:
Miço Kuzmanoviç, 16 - Martins Junior, 54, Mate Kvirkviya, 62.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili.
Baş məşqçi: Adil Şükürov.

Əslində, bu görüşdə hər şey “Araz Naxçıvan” üçün yaxşı başlamışdı. Nominal meydan sahibləri topla səliqəli davranır, meydanda inamlı görünürdü. Bu üstünlüyün məntiqi nəticəsi kimi Kuzmanoviç 16-cı dəqiqədə hesabı açdı. Azər Bağırovun çalışdırdığı komanda fasiləyə qədər üstünlüyü əldən vermədi. Amma fasilədən sonra oyunun ssenarisi dəyişdi. “Kəpəz”in qol silahı Junior 54-cü dəqiqədə hesaba tarazlıq gətirən qola imza atdı. Buraxılan qolun şokundan ayıla bilməyən “Araz Naxçıvan” tezliklə qapısında daha bir qol gördü. Bu dəfə gürcü legioner Mate Kvirkviya adını tabloya yazdırdı. Onun qolu oyunda vurulan sonuncu qol oldu. Beləliklə “Araz Naxçıvan” növbəti məğlubiyyətini aldı ki, bu yenilgi də baş məşqçi Azər Bağırovun istefasıyla yekunlaşdı.
Turnir cədvəlində qonşu olan komandaların arasındakı xal fərqi də artıq ikiyə enib. 32 xallı “Araz Naxçıvan” səkkizindi, 30 xallı “Kəpəz” isə 9-cu sırada yer alır.

“Turan Tovuz” – “Sabah” 2:0
Qollar:
Aleks Souza, 26. Otto Con, 82.
"Turan Tovuz": 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov.
"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç.

“Turan Tovuz”un doğma meydanda qazandığı inamlı qələbədən sonra turnir cədvəlinin ortalarında vəziyyət xeyli qarışdı. “Sabah”ın ardıcıl iki oyunda məğlub olması da xeyli gözlənilməz oldu. Masazır təmsilçisi demək olar ki, Tovuzda yerli komandaya heç bir müqavimət göstərə bilmədi. Souzanın 26-cı dəqiqədə vurduğu qol da oyunun məntiqi axarına uyğun idi. Bundan sonra da oyuna nəzarəti əldə saxlayan meydan sahibləri öz qapılarını toxunulmaz saxlamağı bacarmaqla yanaşı rəqibi daha bir dəfə cəzalandırdılar. Otto Con 82-ci dəqiqədə yekun hesabı müəyyənləşdirən qolun müəllifi oldu.
Bu qələbədən sonra “Turan Tovuz” irəli daha inamla baxa bilər. 39 xallı qərb komandası 6-cı pillədədir. “Sabah” isə cəmi 1 xal artıq toplayıb və 5-ci sıranı tutur.

“Qarabağ” – “Səbail” 4:2
Qollar:
Yassin Benzia, 15, 40. Tural Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 - Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.
“Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Respublika stadionunda keçirilən qarşılaşmada qapılara 6 qol vuruldu. Bolqollu görüşdə hesabı açan tərəf qonaqlar oldu. Bardea artıq 7-ci dəqiqədə “dənizçiləri” hesabda önə çıxardı. Bu qol sanki “Qarabağ”ı qıcıqlandırdı. “Köhlən atlar” Benzianın dublu sayəsində fasiləyə qədər vəziyyəti öz xeyirlərinə dəyişməyi bacardılar. Fasilədən sonra da azarkeşlər açıq oyunun və baxımlı qolların şahidi oldular. Toral 69-cu dəqiqədə penaltidən fərqləndi. Az sonra “Səbail” daha bir dəfə Lunyovu məyus etdi. Amma bu qol da oyunda vurulan sonuncu qol olmadı. Nəriman Axundzadə qolçuluq bacarığını nümayiş etdirməklə yekun hesabı müəyyənləşdirdi – 4:2.
Çempionluğu ötən tur rəsmiləşdirmiş “Qarabağ” daha bir qələbə sayəsində xalını 72-ə çatdırdı. 38 xallı “Səbail” artıq 7-ci sıraya qədər geriləyib.

"Zirə" – "Qəbələ" 4:0
Qollar:
Rəhim Sadıxov, 4. Rafael Utziq, 25. Ceyhun Nuriyev, 27. Fuad Bayramov, 57.
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 70. İssa Cibrila, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbragimov
Baş məşqçi: Kaxaber Tsxadadze

Gürcüstanlı çalışdıcı Tsxadadze “Qəbələ”nin daha bir məğlubiyyətinə şahidlik etdi. Bu məğlubiyyətlə “Qəbələ”nin sonuncu pilləni tərk etmək şansları bir qədər də azaldı. “Qəbələ”nin qarşısında coşan “Zirə” artıq 27-ci dəqiqəyə qədər rəqibin qapısına 3 dəfə yol tapmışdı ki, bu da mövsümün ilki sayılmalıdı. Adətən az qol vuran, minimal hesablı qələbələrlə kifayətlənən qəsəbə təmsilçisi bu görüşdü 4 dəfə qonaqları meydanın mərkəzinə dəvət etdi. Ölkə kubokunda da “Zirə”yə rəqib olan “Qəbələ” bu dəfə buraxdığı topların heç birinə cavab verə bilmədi.
İnamlı qələbə sayəsində xalını 45-ə çatdırdı və 2-ci pilləni ələ keçirdi. Sonuncu pilləyə lövbər salan “qırmızı-qaralar”ın aktivində isə cəmi 16 xal var.

"Neftçi" – "Sumqayıt" 1:1
Qol:
Emin Mahmudov, 73 - Yuri Matias, 13-öz qapısına.
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

FİFA referisi Elçin Məsiyevin bu görüşdə imza atdığı şübhəli qərarlardan xeyli danışmaq olar. Amma xüsusilə də bu mövsüm azərbaycanlı hakimlərin zəif idarəçiliyinə, məqsədli və ya məqsədsiz səhvlərinə öyrəncəli olmuşuq. Hakimlərin bəxti onda gətirib ki, çempionluq uğrunda gərgin mübarizə getmir. Yoxsa meydanda və ondan kənarda daha böyük qalmaqallara, dava-dalaşa şahidlik edərdik. Hər halda hakim səhvləri Azərbaycan çempionatının “bəzəyinə” çevrilib və bu danılmaz faktdır.
“Neftçi Arena”da keçirilən görüşdə qalibinin müəyyənləşməməsi mükafatlar uğrunda yarışan digər komandaların işinə yaradı. Bu mənada heç-heçənin tərəflərin heç birinə sərf etmədiyini də demək mümkündür. Amma səfərdə oynayan “Sumqayıt” üçün qazanılan bir xalı qənimət hesab etmək olar. Onlara da bu 1 xalı topu öz qapısına göndərən Matiasla Elçin Məsiyev hədiyyə etdi.
1:1 hesablı bərabərliklə hərəyə 1 xal qazanan tərəflər 3-cü və 4-cü pillələrdə qərarlaşıblar. “Neftçi” 44 xalla 3-cü, “Sumqayıt” isə 43 xalla 4-cü sıradadır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X