"Bayern Münhen"in ötən ay sol budunun adduktor əzələsindən xəsarət alan qapıçısı Manuel Noyerin Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək matçda "Arsenal"a qarşı oynayıb-oynamayacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.
Mənbə Noyerin Londonda baş tutacaq görüşdə meydana çıxa biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Arsenal" - "Bayern" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat