Cari mövsümün sonunda "Bayern Münhen"in baş məşqçi postunu tərk edəcəyi öncədən bəlli olan Tomas Tuxel fikrini dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun dediklərini belə çatdırıb:
"Çalışdırdığım komandaya hər zaman hər şeyimi verirəm. Bu səviyyədə məşqçilik edə bildiyim üçün xoşbəxtəm. Başqa klublarla bağlı xəbərləri oxumaq istəmirəm. Son matça qədər "Bayern"ə hər şeyimi verəcəm və bu qərardan məmnunam. Unutmayaq ki, bu, futboldur. Məşqçilər korpusum və mən ən özümüzün ən sərt tənqidçiləriyik. İşimizi sona qədər görəcəyik. Atacağımız addım barədə razılaşmışıq və mən öz fikrimdə qalıram".
Qeyd edək ki, Bundesliqanın turnir cədvəlində lider "Bayer Leverkuzen"dən 16 xal geri qalan Münhen təmsilçisi Çempionlar Liqasında mübarizəni davam etdirir. Tuxelin komandası bu sözügedən turnirin 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Londonda yerli "Arsenal" ilə qarşılaşacaq.
Nihat