"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Real Madrid"ə qarşı keçirdikləri səfər matçı (3:3) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə bir paylaşım edib:
"Bu, bizim həvəslə mübarizə aparmaq istədiyimiz axşamlardan biri idi. Evdə keçirəcəyimiz cavab matçı ərəfəsində əla nəticədir! İrəli, "Siti".
Xatırladaq ki, Qrliş 2021-ci ildən "şəhərlilər"in uğurları üçün çalışır. Onun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat