"Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən Londonda "Bayern Münhen"ə qarşı keçiridkləri matçı (2:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Ağır qarşılaşma oldu. Çox sayda fərdi cəhətdən güclü oyunçulara malik komandaya qarşı oynadıq. Gərgin mübarizə getdi, amma düşünürəm ki, biz daha yaxşı oynadıq. Onlara iki asan qol hədiyyə etdik. Bu bir qədər qıcıqlandırıcı olsa da, qarşıda hələ cavab oyunu var. Oyuna səylə hazırlaşmalıyıq".
Xatırladaq ki, tərəflərin cavab matçı aprelin 17-də "Alyans Arena"da keçiriləcək.
Nihat