15:01 16.04.2024 441

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

Mövsümün sonu yaxınlaşdıqca ölkə futbolundakı mümkün dəyişkliklərin müzakirə olunması adət etdiyimiz haldır. Yenə həm Misli Premyer Liqasının və aşağı liqaların formatı, həm də legioner limiti barədə müxtəlif fikirlər səsləndirilir. Gəlmə oyunçulara tətbiq edilən limitin 7+4-dən 8+3-ə yüksəldiləcəyi haqda da söz-söhbət dolaşır. Şübhəsiz, nəyin necə olacağını, futbol başbilənlərinin hansı dəyişikliklərə qərar verəcəyini zaman göstərəcək. Bəs görəsən meydanda eyni vaxtda 8 əcnəbinin xidmətindən istifadə imkanı nə vəd edir? Limitin artırılmasının müsbət və mənfi tərəflərini nəzərdən keçirmək məqamıdır.

Müsbət tərəfləri

1. Səviyyəli futbolçuların sayının çoxalması azarkeşlər üçün oynanılan futbolun daha baxımlı olmasını şərtləndirən amildir. Razılaşaq ki, baş məşqçi qaydalara əməl etmək məcburiyyəti üzündən hansısa zəif azərbaycanlını meydana start "11-lik"də buraxmaq məcburiyyətində qalmasa və onun yerini daha güclü legioner tutsa, bu, ümumi oyun səviyyəsinə də təsir edəcək. Başqa sözlə, meydandakı futbolun keyfiyyəti bir qədər yaxşılaşacaq. 

2. Təbii, yerlilərdən o qədər də fərqlənməyən xarici oyunçuların Azərbaycan klublarına cəlb edilməsi də təəssüf doğuran məqamlardandır və bu məsələnin tənzimlənməsi yetərincə mürəkkəb işdir. Amma söhbət ustalıq səviyyəsi qənaətbəxş olan gəlmələrdən gedirsə, belələri həm də yerli gənclərə örnəkdir. Tutaq ki, "Qarabağ"ın əsas hücumçusu Juninyo 19 yaşlı Nəriman Axundzadə üçün çox şey öyrənə biləcəyi biri, belə desək, əyani vəsaitdir. 

3. Rəqabət olan yerdə inkişaf da var. Gəlmələrdən nələrsə öyrənmək öz yerində, heyətdə yer almaq istəyən yerli oyunçunun öz üzərində daha çox işləməsi fərdi keyfiyyətin artmasına yol açır. Legioneri ehtiyatda oturmağa məcbur edən azərbaycanlıların sayının artması isə istər əsas milli, istərsə də U-21 və U-19 üçün faydalıdır. 

4. Yerli oyunçuya ölkənin elita klublarında tələbatın azalması azərbaycanlıların "evdə oturum, ailəmdən uzaq düşməyim, pulumu qazanım" şablonundan çıxmasına da yardımçı olar. Yəni belədə, haqq etdiyindən çox əməkhaqqı və mükafat almaq arzusu puça çıxan bəzilərinin xoşbəxtliyi ölkə xaricində axtarmaq fikrinə düşəcəyi dəqiqdir. Bu gün Polşa, Çexiya, Slovakiya, Macarıstan, Bolqarıstan və sair ölkələrin hərəsində 4-5 həmyerlimiz top qovsa, millinin baş məşqçisinin də seçim imkanı genişlənər. 

Mənfi tərəfləri

1. Sirr deyil ki, futbolçunun inkişafı üçün oyun praktikasından əziyyət çəkməməsi olduqca vacib amildir. Bəli, limit artırılacağı halda, güclü rəqabətdən üzüağ çıxmağı bacaran yerlilər daha yaxşı səviyyəyə çata bilərlər. Amma bunu bütün azərbaycanlılara şamil etmək absurddur. Məsələn, "Neftçi"ni əvəzedici komandasının formasını geyinən hansısa 18-19 yaşlı gəncin indi ən azı "Turan Tovuz", "Sumqayıt", "Səbail" kimi ortabab klubların əsas komandasında müntəzəm oynamaq imkanı varsa, legioner sayının artması bu yöndə vəziyyəti qəlizləşdirəcək. Baş məşqçi ayda 3 min manata oynayan və eyni maaşı istəyən yerli gəncdən daha yaxşı performans sərgiləyən gürcünu, nigeriyalını, belaruslunu niyə ehtiyatda saxlasın ki? Klub məşqçisindən nəticə tələb olunur axı...

 2. Hər mövsümdə iki dəfə az qala komandanın yarısını yeniləyən klublarımız da yox deyil. Bəzi funksionerlər və çalışdırıcılar üçün bu variant həm də yaxşı qazanmaq imkanıdır. Guya Premyer Liqa təmsilçilərində öz gətirdiyi legionerlərdən "otkat" alanlar yoxdur ki? Legioner sayı çoxalsa, gəlib-gedənlərin də sayında artım müşahidə ediləcək. 

3. Əcnəbi oyunçu sayının artması həm də Azərbaycandan xarici ölkələrə daha çox pul çıxması deməkdir. Bəlli məsələdir ki, legioner qazandığı pulun 80-90 faizini burada xərcləmir. Nəticədə daha çox maliyyə dollar şəklində aparılır, iqtisadi sabotaj yaranır. 

4. Legionerlərin hegemonluğunun komandadaxili ab-havaya da təsiri az deyil. Paltardəyişmə otağındakı atmosfer meydanda sərgilənən oyun qədər vacibdir. Yerlilərin sıxışdırılması bu mənada müəyyən çətinliklər yarada bilər. Qeyri-azərbaycanlıların işinə məsuliyyətlə yanaşması üçün komandada yerli-əcnəbi balansı qorunmalıdır.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X