12:17 20.04.2024 166

"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı

"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başlayıb. 

Fanat.Az xəbər verir ki, agentlik "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Rüstəm Allahverdiyev tərəfindən yaradılıb.

Bu sahədə böyük təcrübəsi olan şəxslərin çalışacağı  "İQ Sports" ölkə idmanında beynəlxalq təcrübənin tətbiqi ilə sektorun inkişafına öz xidmətini göstərəcək.
Yeni yaradılan agentliyin hədəfi ən yeni təcrübələri tətbiq etməklə ölkə idmanında markalar və yeni biznez sahələri yaradan İQ mərkəz olmaqdır. "İQ Sports" yalnız bu istiqamətdə ixtisaslaşmaqla tərəflərin idarəetmə konsaltinqi olaraq idmanın biznes tərəfindən problemlərin həllində kömək edəcək yeni gəlir mənbələrinin yaradılmasında, inkişafında və nəticələrin optimallaşdırılmasında töhfə verən həllər təqdim etməyi qarşısına məqsəd qoyub.

Agentlik idman federasiyalarına, klublara, peşəkar idmançılara və sektorun digər iştirakçılarına media və marketinq kommunikasiya planlarının hazırlanması, xüsusi kontentlərin və sosial media səhifələrinin bu istiqamətdə peşəkar şəkildə idarə edilməsi, reklam və promo video materialların hazırlanması, tədbirlərin əvvəldən sona qədər təşkili, korporativ brendinq hazırlanması, əlavə maliyyə dayaqlarının formalaşması üçün kommersiya layihələrinin hazırlanması və idarə olunması, sponsor və tərəfdaşların tapılması ilə bu münasibətlərin idarə edilməsi, idmançı və məşqçilərin şəxsi brendinqi, eləcə də reklam bazarında təmsil olunması və digər xidmətləri təklif edir.

"İQ Sports" agentliyinin planlarına yaxın gələcəkdə sektorla əlaqəli internet kanal açmaq, idman jurnalisti və marketinqinə istiqamətlənmək istəyən şəxslərə bu sahə üzrə təcrübəli şəxslərin iştirakı ilə treyninqlər təşkil etmək də daxildir.

"İQ Sports" agentliyi media və ictimiayyətlə əlaqələrin peşəkar qurulmasını, həmçinin marketinq sahəsini inkişaf etdirmək istəyən federasiya, klub və idmançılarla əməkdaşlığa hazırdır. Beynəlxalq partnyorların dəstəyi ilə də idman sektoruna bu istiqamətdə öz peşəkar xidmətlərini təklif edir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

Facebookdan bizi izləməyi unutmayın.
X