Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə gőrə, İngiltərə nəhəngi 45 yaşlı mütəxəssisin hazırkı klubu "Feyenoord"a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.
Daha őncə Slotun "Liverpul"un baş məşqçisi postuna əsas namizəd olduğu barədə məlumat yayılıb.
"Qırmızılar"ın indiki çalışdırıcısı Yűrgen Klopp cari mövsümün sonunda postunu tərk edəcəyini bildirib.
Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Onun komandası 30 oyundan sonra Niderland çempionatında lider PSV-dən 12 xal geri qalaraq 2-ci pillədə qərarlaşır.