İtaliyanın "Atalanta" klubu baş məşqçisi Can Pyero Qasperini ilə müqavilə yeniləməkdə qərarlıdır.
Fanat.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Berqamo təmsilçisinin idarəçiləri sözügedən mütəxəssisin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya imza atmasını istəyirlər.
“Atalanta”nın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmaması klubun 66 yaşlı çalışdırıcı ilə bağlı planına təsir etməyəcək.
Qasperini 2016-cı ilin yayından "Atalanta"nın "sükanı arxası"ndadır. Onun indiki müqaviləsinin müddəti bu yay başa çatacaq.
Qeyd edək ki, hazırda 57 xalı olan “Atalanta” A Seriyasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.