Türkiyənin “Hatayspor” klubunda məşqçi istefası reallaşıb.
Fanat.Az "Fanatik"-ə istinadən xəbər verir ki, baş məşqçi Volkan Demirel klubla yollarını ayırıb.
“Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov forma geyinir.
Son 4 turda qələbə qazana bilməyən Hatay təmsilçisi Super Liqada 34 turdan sonra 33 xalla 18-ci sıradadır.