"Nyukasl" rəhbərliyi Avropanın digər klublarından da maraq göstərdiyi hücumçusu Aleksandr İsak ilə yarımmüdafiəçisi Bruno Qimarayesi yüksək qiymət qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə "Deadlinedaylive" hesabat yayıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" yalnız onların hər biri üçün ən azı 100 milyon avro təklif edildikdə satmağa hazırdır.
"Real Madrid", "Barselona” və Premyer Liqanın aparıcı klubların bu oyunçulara maraq göstərdiyi bildirilir.
"Nyukasl" İngiltərə çempionatında uğursuz mövsüm keçirir. Komanda 34 matçdan sonra turnir cədvəlində yeddinci yerdədir.
Mirağa