"Srvena Zvezda" 2023/2024 mövsümünün başa çatmasına 4 tur qalmış çempionluğu təmin edib.
Fanat.Az xəbər verir ki, dünən Serbiya Superliqasında TSC klubunu 2:1 hesabı ilə məğlub edən komanda 2-ci pillədə qərarlaşan əzəli rəqibi "Partizan"la xal fərqini 14-ə yüksəldərək istəyinə çatıb.
Bu, "Srvena Zvezda"nın ardıcıl 7-ci, ümumilikdə 35-ci ölkə çempionluğudur.
Xatırladaq ki, cari mövsüm "Yanq Boyz", "Leyptsiq" və "Mançester Siti" ilə birlikdə Çempionlar Liqasının G qrupunda mübarizə aparan Belqrad təmsilçisi qrup sonuncusu olub.
Nihat