"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "iSport" yayıb.
Xəbərə görə, 22 yaşlı oyunçunun xidmətində İtaliyanın "Yuventus" klubu maraqlıdır. Mənbə Qrinvudun Turin təmsilçisinə yollanmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, Meyson hazırda icarə əsasında "Xetafe"nin formasını geyinir. O, cari mövsüm çıxdığı 31 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat