Dortmund "Borussiya"sı rəsmi saytı vasitəsi ilə yarımmüdafiəçisi Marko Roysun komandadakı gələcəyinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı oyunçunun cari mövsümün sonunda klubu tərk edəcəyi bildirilib:
"Yayda qeyri-adi dönəm başa çatacaq. Dortmund "Borussiya"sı və onun uzun illərdir kapitanı olan Marko Roys futbolçunun müddəti cari mövsümün sonunda bitəcək müqaviləsinin yenilənməməsi ilə bağlı razılığa gəldilər".
Xatırladaq ki, Roys 2012-ci ildən "Borussiya"nın formasını geyinir. Bu müddət ərzində "arılar"ın sıralarında 424 oyuna çıxan Marko 168 qol və 128 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat