16:47 08.05.2017 1496

Arzu Əliyeva: "Biz bundan çox məmnunuq"

Ölkəmizdə keçirilən ənənəvi "Tour d’Azerbaidjan” veloyürüşü ildən-ilə daha keyfiyyətli təşkil olunur. Turnir xeyli insanı bir araya toplayaraq, onlara unudulmaz hisslər bəxş edir. Dünyanın müxtəlif yerlərindən velosiped idmanı həvəskarları yarışları izləmək üçün Azərbaycana gəlirlər.


Fanat.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ölkəmizdə keçirilən "Tour d’Azerbaidjan” veloyürüşünün bağlanış mərasimində "Eurosport” telekanalına müsahibəsində deyib.


Arzu Əliyeva diqqətə çatdırıb ki, "Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır. "Biz bundan çox məmnunuq və gələcəkdə də turniri keçirməkdə davam edəcəyik. Qonaqların Azərbaycandan zövq aldığını düşünürəm. Azərbaycan möhtəşəm bir ölkədir və gəzməli, görməli yerlərlə zəngindir. Bizim gözəl təbiətimiz var. Sevindirici haldır ki, hər il daha çox insan bu gözəlliyin şahidi olur”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.


Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini bildirən Arzu Əliyeva qeyd edib ki, biz gənclərin fəal həyat tərzi yaşamasının tərəfdarıyıq. Ölkədə idmana marağı artırmaq məqsədilə mötəbər idman yarışları təşkil olunur. Birinci Avropa Oyunları, Formula-1, İslam Həmrəyliyi Oyunları, xüsusən də ötən həftə təşkil olunan Bakı Marafonu buna misaldır. Biz bu yarışların ətrafına çoxlu sayda insan toplamağı bacardıq. Bu da həm əyləncəli vaxt keçirmək, həm də sağlamlıq baxımından çox faydalıdır.


Ötən il keçirilən ən mötəbər yarışlardan birinin də Formula-1 olduğunu diqqətə çatdıran Arzu Əliyeva deyib: "Biz budəfəki yarışı ötənilkindən daha yaxşı təşkil edəcəyik. Gələn il isə builki təcrübədən faydalanaraq, Formula-1-i bundan da yaxşı keçirəcəyik. Azərbaycan təmsilçisinin "Tour d’Azerbaidjan” yarışındakı nəticəsinə çox sevindik. Bununla qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Onları yenidən Azərbaycana dəvət edirəm”.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X