13:27 26.06.2017 861

Azərbaycan Qran Prisi zamanı iki pilot arasında münaqişə baş verib

Formula 1 üzrə Azərbaycan Qran Prisində iki iddalı pilot - Luis Hemilton ("Mercedes") və Sebastin Fettel ("Ferrari") arasında münaqişə baş verib. "Report"un məlumatına görə, buna son döngədə Hemiltonun əyləci basması səbəb olub.


Nəticədə Fettel maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, maşınını onun bolidinin təkərlərinə toxundurub.


Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb. Əvəzində "Red Bull" pilotu Daniel Rikkardo liderliyə yüksəlib. "Mercedes" pilotu Valtteri Bottas ikinci, "Uilyams" pilotu Lens Stroll isə üçüncü yeri tutub.


Yürüşün ardından Fettel Hemiltonun cəzalandırılmasını istəyib: "Hər şey göz qabağında idi. Mən ona arxadan qəsdən vurmadım. Hemiltonun bolidi də kiçik xəsarət aldı. Amma bu, yürüşə təsir edəcək həddə deyildi. Belə etmək olmaz. Biz kişi kimi mübarizə aparırıq. Onunla aramda radio əlaqəsi yoxdur. Fikrimcə, məni cəzalandırıblarsa, bu, ona da tətbiq olunmalı idi".


Əvəzində britaniyalı pilot almaniyalı rəqibinə daha sərt cavab verib: "Fettel mənə çatan kimi bolidimə zərbə endirdi. Bu, Formula 1-də presedent yaradır və bizə baxan uşaqlara pis nümunə olub. Bu gün onlar 4 qat dünya çempionunun özünü necə apardığını gördülər. Ümidvaram ki, belə hallar uşaqlara pis təsir etməyəcək. Mən onun əyləcini yoxlamırdım, sadəcə, tempə nəzarət edirdim. Bütün dövrələrdə həmin yerdə yavaşıyırdım. O isə sürüşərək yanımdan keçirdi. Amma həmin epizodda sürüşərək, bolidimi vurdu. Yandan keçərək bilərəkdən digər maşını vurmaq və yekunda 4-cü olmaq şərəfli hal deyil. O, özünü biabır etdi. Fettel kişiliyini sübut etmək istəyirsə, bunu maşından kənarda üz-üzə həll edə bilərik".


Qeyd edək ki, Azərbaycan Qran Prisinin yekununda Sebastyan Fettel 3 balla cərimələnib. Bu, almaniyalı pilotun britaniyalı Lüis Hemiltonla münaqişəsi səbəbindən baş verib. Beləliklə, 4 qat dünya çempionu daa 3 cərimə balı alsa, superlisenziyadan məhrum ediləcək. Geridə qalan 8 Qran Pridən sonra Fettel 153 xalla 1-ci, Hemilton 139 xalla 2-ci pillədə qərarlaşıb.  


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X