Çempionlar Liqasının "Qarabağ" - "Atletiko" (İspaniya) oyununda bəzi yeniliklər olacaq.
Fanat.Az xəbər verir ki, oyundan əvvəl azarkeşlərin yoxlanılması zamanı sıxlıq yaranmaması üçün biletlərin yoxlanışı stadionun perimetri boyunca aparılacaq.
Bundan əlavə "Roma" ilə ilk oyundan fərqli olaraq avtomobillərin stadion ərazisinə girişinə icazə veriləcək.
Qeyd edək ki, bu günə qədər "Qarabağ" - "Atletiko" oyununa 37 min bilet satılıb.
Fanat.Az