İspaniya Sequndasında 10-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun koamndası - "Ximnastik" "Kordoba"nın qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsiylə başa çatıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 73-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Kordoba" İsrafilovun sabiq komandasıdı. Yığmamızın üzvü 2015/16 mövsümündə bu klubun şərəfini qoruyub.
Fanat.Az