"Bütün diqqətimizi Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirəcəyimiz oyuna yönəltməliyik. Bu matç bizim üçün çox vacibdi". Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko"nun yarımmüdafiəçisi Saul Niges deyib.
İspaniya millisinin də şərəfini qoruyan orta xətt oyunçusu səfər ərəfəsində ölkəsinin mətbuatına qısa açıqlama verib. O, qələbə qazanmalı olduqlarını vurğulayıb: "Önəmli səfər qarşılaşmasında qələbə qazanmalıyıq. Meydana 3 xal üçün çıxacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Atletiko" görüşü sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək.
Fanat.Az