"Qarabağ”la oyunun asan keçəcəyini düşünmürəm. Rəqibi təzyiq altında saxlamalı, öz oyunumuzu diqtə etməliyik". Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko”nun qanalı yarımmüdafiəçisi Tomas Partey deyib.
Sabah 20:00-da Bakı Olimpiya Stadionunda Azərbaycan çempionuyla üz-üzə gələcək "hindular"ın orta xətt oyunçusu səfər ərəfəsində şərəfini qoruduğu klubun saytına danışıb. Partey uzun yol amilini qabardıb: "Bizi uzun yol gözləyir. Belə səfərdən sonra toparlanmaq, yorğun görünməməyə çalışmaq lazımdı. Bəzən kiçik görünən nüanslar da həlledici rol oynayır. Hücumlar qurmalı, oyun üslubumuza sadiq qalmalıyıq. Özümü meydana çıxmağa hazır sayıram. Ümumiyyətlə, qarşıdakı oyunlarda mümkün qədər çox forma şansı qazanmaq istəyirəm”.
Fanat.Az