"Trabzonspor"la anlaşdığı deyilən Robert Prosineçki Xorvatiya mətbuatına maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, AFFA-yla olan müqaviləsinin müddəti dekabrda başa çatacaq xorvat klub karyerasını bərpa edəcəyini söyləyib.
Təbii, bu, daha öncə "Kayserispor"u çalışdırmış 48 yaşlı mütəxəssisin Superliqaya dönəcəyini təsdiqləməsi anlamına gələ bilər: "Xorvatiya yığmasını çalışdırmayacam. Çünki belə olmasını istəmirlər. Hərçənd heyətində ulduzlar olan millimizin dünya çempionatına gedəcəyinə şübhə etmirəm. Klubda işləmək indi mənə daha maraqlı gəlir".
Fanat.Az