"Rəqib haqda ancaq xoş sözlər demək olar. "Atletiko" son vaxtlar alqışalayiq futbol göstərir”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın dayaq yarımmüdafiəçisi Qara Qarayev deyib.
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah baş tutacaq "Atletiko"yla oyundan öncə düzənlənən mətbuat konfransına qatılan Qara rəqib haqda danışıb: "Qrupumuzda ən aqressiv oyun göstərən komandadı. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol sərgiləmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, sabahkı görüşdə yaxşı nəticə qazanarıq”.
Fanat.Az