13:54 17.10.2017 1506

Qurban Qurbanov: "Çalışmalıyıq ki, top daha çox bizdə qalsın"

 

"Rəqibi hamımız yaxından tanıyırıq. Son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayıb”. Fanat.az-ın məlumatına görə, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah "Atletiko”ya qarşı keçirəcək.
 
Matçdan öncə Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli çalışdırıcı Madrid klubu ilə görüş haqda bunları deyib: "Atletiko”nun öz oyun üslubu var və bu, bütün rəqiblərə çətinlik yaradır. Hələ 1 gün vaxtımız var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçular əllərindən gələni edəcəklər. Mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq”.

- "Atletiko”nun hansı zəif cəhətlərini tapa bilmisiz?
- Rəqibin çox güclü baş məşqçisi var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulara sahibdi. Onların meydanda səhvləri çox az olur. "Atletiko”nun zəif yerini tapmaq deyəndə ki, futbolçular bunu yalnız meydanda hiss etməlidi. Rəqibin nizam-intizamı yüksək səviyyədədi. Rəqiblərinə öz oyununu göstərməyə imkan vermir. Bu mənada, bizim üçün çox çətin olacaq. Amma bizim də öz düşüncələrimiz var. "Atletiko” müdafiədə çox diqqətli oynayan komandadı. Çalışmalıyıq ki, top daha çox bizdə qalsın və belə halda rəqibin zəif yerlərini tapaq. Lakin bunu etmək çox çətin olacaq.
 
- "Qarabağ”ın hədəfi hara kimidi ki, "Atletiko” ilə matçda xal qazanmağa ümid edirsiz?
- Hədəfimiz meydanda yaxşı mübarizə aparmaqdı. "Atletiko” ilə görüşdə ilk növbədə, bunu etməliyik. Doğma meydanda, azarkeşlərimizin qarşısında oynayacağıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə ki, "Atletiko” ilə "Qarabağ”ın səviyyəsini yanaşı qoysaq, rəqib bizdən çox yuxarıdı. Bununla belə, maksimum nəticə üçün mübarizə aparacağıq. Həmişə güclü rəqiblərlə qarşılaşanda da ümidli oluruq, özümüzə inanırıq.
 
- "İnter”lə çempionat matçında dubl edən Dino Ndlovu zədələnmişdi. Onun durumu nə yerdədi?
- Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss edir. Sabah oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.
 
- Uzun illər Tofiq Bəhramov adına Respublika stadionunda oynamısız. Bundan əvvəl yalnız "Roma”ya qarşı Bakı Olimpiya Stadionunda çıxış etmişdiz. Bu məqam komanda üçün nə dərəcədə önəmlidi?
- Hər dəfə bu söhbətə qayıtmaq istəmirəm. "Roma” ilə oyunda 50-55 min azarkeş dəstəyini gördük. Artıq bu arenada da özümüzü rahat hiss edirik. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.
 
- Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiz, ya Ramil Şeydayevə?
- Hələ buna qərar verməmişəm. Sabaha kimi vaxtımız var. Oyun günü yekun qərarımı verəcəm.
 
- "Atletiko”nun titullar qazanması, "Barselona” ilə bərabər səviyyədə oynaması komandanızda həyəcan yaratmır?
- Dünya futbolunda 7-8 komanda var ki, onların arasında keçirilən oyunlar həmişə maraqlı olur. Onların arasında "Atletiko” da var. Məndə gərginlik yoxdu. Əksinə, bu cür komandalarla qarşılaşmaq mənim üçün zövqdü. Belə məşqçilərlə üz-üzə gəlməkdən zövq alıram.
 
- "Atletiko”nu "Real” və "Barselona”dan fərqləndirən cəhətlər hansılardı?
- Futbolda belə bir termin var. 15-20 tanınmış mütəxəssis olur, 15-20 fərqli futbol fəlsəfəsi olur. Bunların hər biri ayrılıqda uğur qazanır. Sadəcə, oyun üslublarında fərq var. Məncə, ən güclü komanda belə, "Atletiko”ya qarşı oynamaq istəmir. Çünki onlar rəqibə öz oyunlarını göstərməyə imkan vermir. Ən güclü sistemlərdən biri məhz "Atletiko”dadı.
 
Mənbə:apasport
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X