19:24 17.10.2017 1509

Dieqo Simeone: "Qarabağ" ispan futboluna yaxın oyun göstərir"

 

"Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm”. Fanat.Az saytının məlumatına görə, bu sözlər "Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu. 

İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq.

Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: "İnanıram ki, komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm”.
 
- "Barselona” ilə matçda heç-heçə etdiniz. Həmin nəticədən sonra narahat deyilsiniz?
- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan-oyuna "artıraq”. "Roma” ilə matçda qələbə qazanmalı idik, amma heç-heçə ilə kifayətləndik. Hər hansı dəyişiklik düşünmürəm. Komandama güvənirəm.
 
- "Qarabağ” o qədər də güclü deyil. Kimisə sınamaq fikrində deyilsiniz?
- Bizə 3 xal lazımdı. Bunun üçün hansı dəyişiklik lazımdısa, onu da edəcəyik. "Astana” ilə matçda xal itkimiz olub. Belə bir təcrübəmiz var. "Qarabağ” "Roma”ya asanlıqla məğlub olmayıb. Bu da bizi çətin oyunun gözlədiyini deməyə əsas verir.
 
- "Barselona” və "Çelsi” kimi komandalarla oyunlardan sonra"Qarabağ”a qarşı matça uyğunlaşmaq çətin olmur?
- Hər oyunun öz gözəlliyi var. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz qələbə olur.

- "Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidi. Miçeli qeyd edə bilərəm.
 
- "Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- "Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Bunu təsdiqləyə bilərəm. Amma hər matça fərqli yanaşırlar. "Çelsi” və "Roma”ya qarşı fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada bilərlər.
 
- "Çelsi” ilə matça kimi, La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də yaxşılaşır.
 
- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdu. Buna görə, üzr istəyirəm. Klub barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi. İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki, burdan getdikdən sonra da eyni uğurları qazanacağıq.
 
Mənbə: apasport

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

Facebookdan bizi izləməyi unutmayın.
X