Əmrə Mor Türkiyə millisinin heyətindən çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Buna səbəb gənc hücumçunun "Selta"nın məşqində zədə almasıdır.
Komandasının məşqində sağ ayağından zədə alan Mor Türkiyə millisinin Rumıniya və Kosova ilə oyunlarını buraxacaq.
Onun klubu futbolçunun komandada qalıb müalicə almasını uyğun görüb.
Fanat.Az