"Antalyaspor"da Leonardo dönəmi başa çatıb.
Fanat.Az xəbər verir ki, klub qarşılıqlı razılıq əsasında braziliyalı məşqçinin müqaviləsinə xitam verib. Buna görə klub mütəxəssisə heç bir təzminat ödəməyəcək. Leonardo bu səhər futbolçularla və klubda çalışanlarla vidalaşıb.
"Antalyaspor" sentyabrda Rza Çalımbayı əvəzləyən Leonardonun rəhbərliyi altında meydana çıxdığı 8 oyunda 2 qələbəyə sevinib. Ağdəniz təmsilçisi hazırda 13 xalla 14-cü pillədə yer alır. Bu da komandanın aşağı liqaya düşmək təhlükəsi ilə üzləşdiyi anlamına gəlir.
Heyətində Samuel Eto kimi futbolçu yer alan "Antalyaspor" yay transfer dönəmində Samir Nəsri və Ceremi Menezi kimi ulduzları da rənglərinə bağlamışdı.
Fanat.Az