"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola keçmişdə "Mançester Yunayted"in baş məşqçisi olmaq ehtimalının olduğunu etiraf edib. Fanat.Az xəbər verir ki, Ser Aleks Ferqyuson "Mançester Yunayted"dən ayrılmazdan əvvəl onunla görüşüb.
Görüş şotland mütəxəssis təqaüdə çıxmazdan 6 ay əvvəl - 2012-ci ildə Nyu Yorkda baş tutub. Kataloniyalı mütəxəssis Ferqyusonun təklifini yaxşı başa düşsəydi, bəlkə də indi "Mançester Yunayted"i çalışdırırdı.
Ferqyuson kitabında Qvardiola "Barselona"dan ayrılmaqla bağlı qərar verdikdən sonra başqa bir klubla anlaşmadan bir araya gəlməyi xahiş edib. Amma kataloniyalı mütəxəssis təklifi rədd edərək "Bavariya"ya yollanıb.
Qvardiola xəbərlə bağlı maraqlı açıqlama verib: "Həmin vaxt ingilis dilini indiki qədər yaxşı bilmirdim. Bəlkə də Ferqyusonun dediklərini tam başa düşməmişəm".
Fanat.Az