Franko Nildo ilə 2 illik müqavilə bağlandı
“Xəzər Lənkəran” cari mövsümün sonunda yeni bir futbolçu ilə anlaşma əldə edib.
İdman24.az xəbər verir ki, növbəti mövsümün planlarını indidən quran klub ilk olaraq Franko Nildonu rənglərinə bağlayıb. Bundan öncə AZAL klubunda çıxış edən braziliyalı forvard 2012-2013 mövsümündə rəqib qapılarından 21 top keçirib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb.
İdman24.az