"Keşlə”ninyarımmüdafiəçisi Con Kamara Premyer Liqanın 24-cü turunda "Qəbələ”yə 1:2 hesabı ilə yenildikləri matçın ardından jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı legioner suallara cavab verməmişdən öncə matçla bağlı fikirlərini bölüşüb:
"Bu gün yaxşı oynadığımızı düşünürəm. Xüsusilə ilk hissədə üstün idik. Kifayət qədər şans əldə etdik, amma yararlana bilmədik”.
- Oyunda
geridönüş etmək üçün sizdə nə çatmadı?
- İlk qoldan sonra 2-ci qolu vurmaq üçün 20 dəqiqəmiz var idi. Çalışdıq,
epizodlar yaratdıq, amma topu tora qovuşdura bilmədik
və məğlub olduq.
- "Keşlə”
hazırda sonuncu yerdədir, mövsümün bitməsinə isə 4 tur qalıb. Sizcə, sonuncu
pillədən qurtulmaq üçün nə etməlisiniz?
- Bu, futboldur, hər şey mümkündü. Biz növbəti 4 oyunda əlimizdən gələni
edəcəyik ki, son pillədən qurtulaq.
- Növbəti
turda çempionluq üçün mübarizə aparan "Qarabağ” ilə oynuyacaqsız. Bu barədə nə
deyə bilərsiniz? "Qarabağ”a qalib gəlmək mümkündürmü?
- Dediyim kimi, futbolda hər şey mümkündü. Qələbə qazanmaq üçün hər şeyi
edəcəyik.
- "Keşlə”
çempionatı sonuncu pillədə bitirsə, növbəti mövsüm komandada qalacaqsınızmı,
yoxsa başqa komandalardan gələn təklifləri dəyərləndirəcəksiz?
- "Keşlə” ilə müqaviləm davam edir, bu barədə heç nə deyə bilmərəm.
Fanat.Az