12:44 12.07.2019 2664

Azərbaycanlı idmançı: "Fatma məndən evlilik təklifini çox gözlədi"

Eldar Əlizadə beş yaşından idman sahəsindədir. O, hazırda qeyri-olimpiya idman növü olan uşu sanda və kikboksinqlə məşğuldur. Hazırda Türkiyədə həm işləyir, həm də oxuyur. Bundan sonrakı planı Türkiyədə yaşamaq olsa da, Bakıya tez-tez gəlmək fikrindədir.

Fanat.Az oxu.az-a istinadən uşu sanda üzrə Avropa, kikboksinq üzrə dünya çempionu olan Eldar Əlizadə ilə müsahibəni təqdim edir:

- Azərbaycandan nə vaxt köçmüsünüz?
- Artıq uzun müddətdir köçmüşəm. Türkiyəyə gəlməyimin səbəbi təhsil olsa da, idmançı kimi də fəaliyyətimi davam etdirdim: yarışlara çıxdım, dərslər keçdim. Beləcə, təhsillə bərabər, Türkiyədə peşəmi də inkişaf etdirdim. Amma iş, məşğuliyyət öz yerində, təhsil də vacibdir və bunu da diqqətdən kənar qoymurdum.

Hərbi xidməti Ağdamda keçmişəm, daha sonra Bakıya gəlib imtahan verdim və 2013-cü ildə Kastamonu Universitetinin iqtisadiyyat fakültəsinə qəbul oldum. Yolum Türkiyəyə idi, məni çətin, maraqlı, keşməkeşli yol və uğur gözləyəcəyini bilmirdim, amma belə oldu. Beləcə, Türkiyə həyatım başladı.

- Kastamonuda təhsil hansı səviyyədədir, sizi qane edirmi?
- Təhsil Türkiyədə mükəmməldir, oxumağa üstünlük verilir, mən də idmançı olduğum üçün həm oxuyub, həm də çalışmışam, lazım olanda da hörmət ediblər.

- Ailədən dəstək var idi?
- Əvvəllər ailə dəstək oldu, düzdür, hər zaman dəstək var idi, ancaq mən öz ayaqlarım üstündə durmağı bacarmalı idim və bacardım da. Gəldiyim müddətdə üç ay içində mənə özəl idman dərsləri təklif olundu. Həmin ərəfədə Kastamonuda rinq döyüşləri zəif idi, biz o idmanı inkişaf etdirərək idmana olan sevgini də təbliğ etdik.

Hazırda mən Kastamonuda idman dərsləri keçirəm, Azərbaycanın bayrağını bir daha fəxrlə qaldırıram. Bununla bərabər, magistratura təhsili alıram. Təhsil, iş və çox çalışmaq insana zəfər gətirir.

- Bəs Fatma xanımla necə tanış olmusunuz?
- Eyni universitetdə oxumuşuq, orada da tanış olduq, ancaq bir gün belə olacağını nə mən düşünürdüm, nə də Fatma. Biz ilk olaraq dostuq, ondan sonra ailəyik. Düzdür, "hə” cavabını alana kimi çətinlik çəkdim. Əslində, Fatma evlilik təklifini çox gözlədi, ancaq mən etməmişdim, sonradan bildim ki, bu sözü deməliyəm.



- Bir neçə gün öncə xəbər saytları "maraqlı toy” deyə paylaşım etmişdilər. Bu, kimin ideyası idi və belə ajiotaj gözləyirdinizmi?
- O ideyanı düşünüb həyata keçirəndə bütün bunları nəzərə almamışdıq, sadəcə, toydan xatirə qalsın deyə etdik, paylaşdıq. Səhər baxdıq ki, səhifələr, xəbər saytları, bir neçə televiziya kanalı maraqlı xəbər kimi efirə təqdim etmişdi. Bizə də xoş oldu, düzdür, xoş olmayan sözlər də yazıldı, amma biz onlara fikir vermirik, niyəsini də deyim.

Bu şəxslərin özlərinin gördüyü bir iş yoxdur, ancaq pisləsinlər, bəyənməsinlər. Ona görə də onları ciddi qəbul etmirik.

- Evliliyə nə zaman qərar verdiniz?
- Üç ildir ki, tanışıq və artıq başa düşdük ki, biz yaxşı dost və həyat yoldaşı ola bilərik, qərar verdik və evləndik.

- Ailədə türk gəlini sindromu yaşandı, yoxsa normal qarşılandı?
- Düzünü desəm, ilk dəfə Fatmanı görəndə elə qarşılayıb münasibət göstərdilər ki, elə bildim, onlar məni tanış edir Fatma ilə. Fatma ilə ailəmin çox yaxşı münasibətləri var. Həm də dinimiz bir, dilimiz bir, biz bir millət, iki dövlətik.

- Karyeraya son, yoxsa davam?
- Nəfəs aldıqca idmanda olacağam, ən əsası, Vətənimin, millətimin başını yüksəklərə qaldıracağam. Karyeraya davam.

- Türkiyədə özünüzə qarşı ayrı-seçkilik hiss etmisiniz?
- Təzə gedəndə kiminləsə tanış olarkən "Azərbaycanlıyam, biz qardaşıq” deyəndə bütün qapılar üzümə açılırdı. Yəni mənə qarşı ayrı-seçkilik olmayıb.

Harada olmağından asılı olmayaraq, gərək sənə dəstək olunsun, mən Kastamonuya gəldiyim gündən etibarən mənə burada dəstək olan insanlar var. Onların adlarını mütləq qeyd etməliyəm: Cegiz Aygün, Murat Sancaktaroğlu, Remzi Bulut, İhsan Yanız, Serkan Alden, Fevzi Demir.

- Bir neçə gündür Bakıdasınız. Haraları gəzdiniz, Fatma xanımın Bakıda ən çox sevdiyi yer hara oldu?
- Çoxdandır gəzmirdim, darıxmışdım. Həqiqətən, Bakı gündən-günə dəyişir, gözəlləşir. Fatmanın ən çox xoşuna gələn yerlər Qız qalası, İçərişəhər oldu.

Ən əsası, bir məqamı deyim ki, Fatmanın ailəsi də burada idi və onlar təkidlə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək istədilər. Həmçinin Şəhidlər xiyabınını da ziyarət etdik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X