14:22 20.08.2019 2634

Əti dırnaqdan ayrılmış “Neftçi”

Əli Sahib

"Neftçi” hazır maşındı, yanacağını tök sür! Böyükağa Hacıyevin müəllifi olduğu bu fikir "ağ-qaralar" üçün həmişə aktualdı, qaydadı. Həqiqətən işini bilən mütəxəssisə, idarəçiyə, rəhbərə, prezidentə bir ilə qədər vaxt kifayət edər ki, klubu toparlasın. Təbii ki, bu müddət ərzində də hədəf dəyişməməlidi. "Neftçi”yə gələn baş məşqçi də, rəhbər də bunu dərk etməlidi. Minimum hədəfi dərk etməyən təsadüfü futbol idarəçisi Kamran Quliyevə və ətrafına xatırladaq ki, flaqmanın minimumu 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda müəyyənləşib. Rəhbərlik  olaraq ölkədə hədəflərə çatmayanlar AL-də iki mərhələ keçməsini sponsorların "gözünə soxur”, özlərinə qalxan edir. Halbuki, daxili çempionatda hər il minimum hədəf çempionluqdur. 

Mövsümü yola verən klub idarəçiləri bunu dərk etmirsə, "Neftçi”də nə işləri var?! "Neftçi”də hər il havaya sovrulan milyonlar həqiqətənmi SOCAR-da əyləşən məsul şəxsləri narahat etmir? Son zamanlar əhalinin dollara ehtiyacını aradan qaldırılması üçün dövlətin həyata keçirdiyi layihələr SOCAR-ın işini yüngülləşdirib. Çünki ölkəyə xarici valyuta əsasən bu qurum vasitəsi ilə gəlir və Azərbaycandakı valyuta qıtlığının böyük hissəsi məhz ARDNŞ-nin gəliri hesabına balanslaşdırılırdı. İndi "Neftçi” rəhbərliyi SOCAR-ın ölkəyə gətirdiyi valyutanı ölkədən çıxartmaqla məşğuldu. Təlim-məşq toplanışlarına, əcnəbi futbolçulara, əcnəbi məşqçilərə və onların tərcüməçilərinə, sıradan qələbərə görə ayrılan mükafatlar və sairələr milyonlar edir. Bu milyonlar Azərbaycandan kənara gedir. Nəticə yoxdursa və həmin milyonları birlikdə yediyiniz əcnəbi məşqçi və futbolçu heyəti meydana çıxıb oynamırsa, adını mən deyim. 

Kamran Quliyev, sizin etdiklərinizin bir adı var - iqtisadi sabotaj! Məsuliyyəti və cəzası böyükdür. Təbii ki, SOCAR-da əyləşən məsullar işinə ciddi yanaşsa. 

Xain xoflu olar, deyib atalar. Əgər sən düzsənsə, gördüyün işlərin düzlüyünə əminsənsə, istefa şüarları səni qorxutmamalıdı. Klub prezidenti azarkeşi qapı arxasında qoymaq səviyyəsinə qədər enməməlidi. Siz əti dırnaqdan niyə ayırırsız ki? İllərdi mətbuat, AFFA azrkeşləri stadionlara qaytarmaq üçün çağırışlar edir, reklam çarxları hazırlayır. Siz nə etdiniz? 

Təbii ki, sizə boş tribuna sərf edir. 

Məsələnin digər tərəfi də var. Bəlkə Kamran Quliyev düşündüyümüz qədər də günahkar deyil? Bəlkə  SOCAR-dan ayrılan vəsait tam olaraq kluba gəlib çıxmır? Bəlkə Quliyevə "bu qədəri ilə idarə et, qalanı bizlikdi” əmri verilib? Bu bəlkələrdən saysan bitməz, amma son bəlkə də var. Bəlkə də Kamran Quliyevə buna görə göz yumurlar. Yoxsa, bu qədər biabırçılıqdan sonra niyə toxunulmaz prezident olaraq qalsın ki? 
 
Deyirsiz baş verənləri görmürlər, eşitmirlər, bilmirlər?

İnanmıram...
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X