"Keşlə”nin futbolçusu Con Kamara Syerra-Leone millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "DÇ-2022"nin seçmə mərhələ oyunlarına çağırılıb. Syerra-Leone millisi I raundda Liberiya ilə qarşılaşacaq.
Con Kamaranın komandası sentyabrın 2-dəki ilk oyunu evdə, cavab matçını isə ayın 10-da səfərdə keçirəcək.
Qeyd edək ki, Con Kamara millidə keçirdiyi 11 matçda 1 qol vurub.
Fanat.Az