23:57 01.09.2019 1414

“Qarabağ” klubların hamısından üstündü” - Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə "Qarabağ”a 0:4 məğlub olan "Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.
 
Fanat.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 
 
- "Qarabağ”ı Avroliqanın qrupuna düşməsi, bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 2 qələbədən sonra məğlub olmaq istəmirdik. Bilirdik ki, rəqib səhvləri bağışlamır. İlk dəqiqələrdə buraxdığımız qol gözlənilməz oldu. Toparlanmaq istədik, ancaq "Qarabağ”la bunu həyata keçirmək çətindi. Zəncirvari səhvlər belə acı məğlubiyyəti şərtləndirdi. Etiraf edək ki, "Qarabağ” digər komandalardan xeyli üstündü. Ruhdan düşmürük, növbəti oyunlara hazırlaşacağıq.
 
- Bir qol buraxan kimi, komanda "sındı”? Bəlkə komandanız rəqibin nüfuzundan qorxdu?
- İlk qoldan sonra bərabərlik qolunu vura bilərdik. Üstünlüyü ələ aldıq. "Qarabağ” Avroliqada rəqiblərini əzir, bizdə isə təmkinli oynayan futbolçu barmaqla sayılası qədərdi.
 
- Hər oyundan sonra bir futbolçu komandanızdan ayrılar. Bu dəfə növbə kimindi?
- Bu, bizi də narahat edir. Suala cavab verə bilməyəcəm. Çünki futbolçuların yerinə mən qərar verə bilmərəm. Ancaq düşünürəm ki, qışadək komandanı tərk edən olmayacaq.
 
- Maykl Essyen necə, getmək istəmir?
- Essyen özü qərar verməlidi. Belə müraciət etməyibsə, deməli, onu bu durum qane edir.
 
- Essyen ehtiyatda qalacaq?
- Strategiya dəyişib. İndi gənclərə daha çox şans veriririk. Ancaq bu, o demək deyil ki, Maykl bu gün oynamadısa, ona növbəti görüşlərdə də şans verməyəcəyik.
 
- Oyunçular gedir, "Qarabağ” hamıdan üstündü, ok. Bəs, "Səbail” nəyin hesabına 6 xal qazanıb?
- "Zirə” və "Sumqayıt” üzərində qələbə qazanmışıq. "Qarabağ” fərqli səviyyədədi.
 
- Belə çıxır ki, "Səbail” avrokubok zonası uğrunda mübarizə aparmaq iqtidarındadı?
- "Keşlə”nin də 6 xalı var. "Zirə” də yaxşı heyətə malikdi. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmayıb. Düzdü, ötən il də belə bir məqsəd yox idi. Çalışacağıq bu zona uğrunda mübarizədən qopmayaq. (Matc.az)
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X