Xorvatiya millisi Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, yığmamızın sabiq üzvü, hazırda "Keşlə"də çıxış edən Ruslan Qurbanov rəqibin düşərgəsində olub. Xorvatların qaldığı otelə yollanan hücumçu vaxtilə "Hayduk”da birgə oynadığı Miyo Çaktaş və "Neftçi”də komanda yoldaşı olmuş Dario Melnyakla görüşüb.
Qeyd edəki, Azərbaycan və Xorvatiya milliləri sabah qarşılaşacaq.
Fanat.Az