17:18 09.11.2019 2005

Məmmədyarova: "Ermənistan bu gedişi gözləmirdi, ona görə də böyük zərbə aldı"

Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb. 26 ildən sonra xanımlarımız Avropada fəxri kürsüyə çıxmağı bacarıblar. Zərif cinsin nümayəndələri son turda Ermənistan komandasını məğlub edərək üçüncülüyə sahib olublar. Komandanın bu nailiyyətində əməyi olan şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova ilə müsahibəni diqqətinizə çatdırırıq.

- Bildiyimiz kimi, 1993-cü ildən indiyə kimi Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandası Avropa çempionatında fəxri pilləyə qalxa bilmirdi. 26 ildən sonra bu nailiyyətin əldə olunmasının sirri nədədir?
- Komanda şəklində qələbə qazanmaq çox çətindir. Fərdi olaraq mən gənclər arasında Dünya çempionu olmuşam, Avropa çempionu olmuşam. Komanda şəklində qələbə üçün gərək bütün komanda üzvləri yaxşı oynasın. 1993-cü ilə dönsək, həmin dövrdə ölkənin adlı-sanlı şahmatçıları olan Aynur xanım, Firuzə xanım ailə qurdular və düzünü desəm, bundan sonra xanımlar üçün çətin olur. Eyni zamanda həmin dövrdə onlar şahmatdan uzaqlaşdılar.

- Belə çıxır ki, indiki komandanın üzvləri subay olduqları üçün nailiyyət əldə olunub?
- İndiki komandada bacım Türkan ailəlidir, 3 övladı var, Gülnar da həmçinin ailəlidir, 1 övladı var. Sadəcə indi stimul daha güclüdür. 1993-cü ildə xanımlarımız şahmatdan o qədər də gəlir əldə edə bilmirdilər. O vaxt federasiya yeni qurulmuşdu, müstəqilliyimiz yeni əldə olunmuşdu. Normal gəlir əldə olunmayanda xanımlar üçün də çətin olur.

- Belə çıxır ki, kişi şahmatçıların işi daha ağırdır.
- Kişilərdə ağır olsa da, mükafat onlarda daha böyükdür. Misal üçün Bakıda keçirilən "Open" turnirində kişilərə 5000 manat ödənilirsə, qadınlar üçün bu məbləğ 500 manat müəyyənləşdirilib.

- Şahmata münasibət necədir?
- Hiss olunur ki, valideynlər istəyirlər övladları şahmatla məşğul olsunlar. Bu yaxınlarda məktəblərdən birində oldum. Öyrənmək istəyirdim ki, şahmat oynamağı bacarırlar, ya yox. Mən məktəbdə təhsil aldığım dövrdə sinifimizdə tək mən şahmat oynamağı bacarırdım. Amma indi 20 nəfərlik sinifdə 6-7 nəfər şahmat oynaya bilir. Bu da şahmata olan marağın artdığının göstəricisidir. Sağ olsun ölkə rəhbəri, fərqlənən şəxsləri qiymətləndirir. Nailiyyətlərimə görə mənə Bakıdan 4 otaqlı ev hədiyyə etmişdi. Ona görə də valideynlər övladları üçün şahmatı sənət olaraq görə bilir.

- Bəs, federasiya işi necə qurur?
- Bizim federasiyanın prezidenti Elman Rüstəmovdur. O iştirak etdiyimiz Avropa çempionatında uğur qazanacacağımız təqdirdə mükafatlandıracağını söz vermişdi. Ümumiyyətlə, bu hər il baş verir.

- Hər il söz verir, ya yerinə yetirir?
- Əgər layiqsənsə, yer tutursansa təbii ki, olur. İndiyə qədər kişilər daha çox layiq idilər. Qadınlarda isə ilk dəfə idi ki, nailiyyət əldə olunurdu. Ona görə də verilən söz tutuldu.

- Kişi şahmatçıların reytinq cədvəlinə baxdıqda ilk onluqda iki şahmatçımızın adını görürük. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov. Gələcək üçün proqnozunuz necədir, bizim xanımlar da ilk onluqda təmsil oluna bilərmi?
- Bizim şahmatçı xanımlarımız karyerasının pik vaxtında ailə qururlar. Ona görə də müəyyən yarışlara getmək problemi olur. Övlad olandan sonra isə şahmat ikinci, üçüncü plana düşür. Düşünürəm ki, dediyim o pik vaxtda, yəni, 10-22 yaş arası xanımlara maddi dəstək olmalıdır. Burada müxtəlif xərclər var. Həmçinin il ərzində 5-6 beynəlxlaq yarışda iştirak etmək lazımdır. Gənclər və İdman naziri Azad Rəhimovla bu yaxında görüşüm zamanı xahiş etdim ki, dünya və Avropa çempionatlarına şahmatçı göndərilir, amma beynəlxalq yarışlar da çox önəmli olduğu üçün maliyyə xərclərində köməklik göstərsinlər. Çünki kommersiya yarışlarında iştirakı maliyyələşdirmək nazirliyin büdcəsinə daxil deyil. Amma nəzərə alaq ki, bütün yarışlar kommersiya tiplidir. Stimul üçün müəyyən məbləğ uduş fondu olur. Sözsüz ki. mükafat olmasa kim gəlib oynayar?

- Azad müəllimin cavab nə oldu?
- Söz verdi ki, kommersiya turnirlərində iştirak bizim xərclərə daxil olmasa da, bundan sonra nəzərə alacaqlar.

- Qarşıda sizi yenə yarışma gözləyir.
- Biz "Odlar yurdu" klubu olaraq artıq bir neçə ildir ki, Avropa klublar çempionatında iştirak edirik. Yeri gəlmişkən bizə dəstək olduğu üçün federasiyanın vitse-prezidenti Mahir müəllimə (Məmmədov - red.) təşəkkürümü bildirirəm. Komandamızın heyəti eynidir. Bu dəfəki yarışda bacım Türkanın əvəzinə mən oynayacam. Bu yarışdan da yüksək nəticə gözləyirik. Düzdür, qızlarımız yorğundular. Zarafatla mənə deyirlər ki, biz yorğunuq, əvəzimizdən sən oynayarsan. Yarış isə Monteneqronun Budva şəhərində keçiriləcək. Bir həftə davam edəcək.

- Yeri gəlmişkən bir yarışla digəri arasında nə qədər müddət olmalıdır.
- Rəsmi yarışlar arasında həmişə müddət olur. Sözsüz ki, bir ay olsa daha yaxşıdır. Bu vaxt ərzində etdiyin səhvləri analiz etmək, debütlərdə dəyişiklik etmək üçün imkan olur. Son yarışda erməni komandası ilə görüşdə debüt sürprizi olduğu üçün uğurlu alındı. Yarışda masalarda da dəyişiklik etmək mütləq vacibdir. Misal üçün 8-ci turda Türkan istirahət etmişdi deyə rəqib ermənilər onun çıxış edəcəyini düşünürdülər. Onlar da bizim qədər həyəcanlı idilər. Bilmək istəyirdilər ki, heyətdə kimlər oynayacaq. Biz onları düzgün qiymətləndirmişdik. Onlar bu gedişi gözləmirdilər, ona görə də böyük zərbə aldılar.

- Qarşıdakı yarışda kimi daha güclü rəqib hesab edirsiniz?
- Əsasən Rusiya və Gürcüstan komandaları güclü olur. Erməni komandaları ilə psixoloji cəhətdən oynamaq çox çətindir. Son yarışda yarım xal qazana bilməsəydik, 3-cü yeri qazanmayacaqdıq. Ülviyyə sona qədər mübarizə apardı, heç-heçə etdi. Sonda gülən tərəf biz olduq.

- Ustad olaraq gənc şahmatçılara tövsiyəniz nədir?
- Yeniyetmələrdən asılı olan bir şey yoxdur. Əslində, şahmatda qazandığımız uğurlar valideynimizin əməyidir. Məktədə, ali təhsil ocağında oxumağa necə normal baxılırsa, bu müddət ərzində övladdan gəlir umulmursa, eləcə də şahmata da belə yanaşmaq lazımdır. Ev tapşırığına 2-3 saat vaxt ayırdıqları kimi, şahmata da gündəlik bu qədər vaxt sərf etsinlər. Belə olan təqdirdə 10 ilə nəticə əldə etmək olar.
 
Mənbə: sputnik.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

Facebookdan bizi izləməyi unutmayın.
X