10:00 28.11.2019 2193

Maraqlı qüvvələrin marağı

İctimai televiziyada yayımlanan "3D" verilişi  ilə AFFA-nın baş katibi Elxan Məmmədov arasında böhran dərinləşir. Belə ki, sözügedən verilişə baş katib dəfələrlə dəvət edilsə də, futbolumuzun "vəzir”i təklifdən  yayınmaqda israrlıdı. Əvəzində dövlət televiziyasına -  "İdman TV”nin efirinə üz tutan bəyimiz sərt görüntülü dayaz suallara cavab verdi.

Təbii, "3D" verilişindəki qəfil sualların sərtliyindən xəbərdar olan Məmmədovun "qarınağrısı" başadüşüləndi. Di gəl ki, Məmmədovun da anlamadığı, el dili ilə desək, "ağlının kəsmədiyi" məqamlar var. Elə bilir ki, Dövlət Televiziyasına çıxdısa, vəssalam. O dövr bitdi, cənab Məmmədov! 

Gələk şikayətinizə...

Elxan Məmmədov "bəzi maraqlı qüvvələr"dən  şikayətlənir və  dolayısı ilə deyir ki, ona mane olurlar, falan, filan... İctimaiyyət və media baş katibdən nə istəyir?  

Müzakirəyə gəlmək, şəfaf olmaq, islahatlara getmək və sair...

Bu gün Azərbaycanda geniş  islahat ab-havası yaranıb, yenidənqurmalar aparılır, struktur dəyişikliyi gedir. Prosesslərin başında ölkənin ən ali şəxsləri - Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva dayanır. Bu islahatların nəticəsində, özəlliklə də son aylarda ölkədə önəmli vəzifələrə islahatçı kadrlar, gənc menecerlər gətirilir. Cəmiyyətdə müzakirə platformaları bərpası naminə addımlar atılır, əhalinin müxtəlif təbəqələrindən fikirlər, rəylər öyrənilir. Hətta, millət vəkili Zahid  Orucun rəhbərliyi altında  "Sosial Təhqiqatlar Mərkəzi" yaradılıb. Adıçəkilən mərkəz cəmiyyətin müxtəlif təbəqələri arasında  sorğular keçirir. 
İndi biz də həm media, həm də cəmiyyət olaraq Elxan Məmmədovun müzakirələrə gəlməsini tələb ediriksə, həm də bunu cənab Prezident çıxışlarında dəfələrlə ictimai nəzərətin vacibliyini vurğuladığı üçün istəyiriksə, onda belə çıxır ki, Elxan Məmmədov kənar qüvvələr dedikdə ölkənin ən ali şəxslərini nəzərdə tutur?! 
Adam müzakirələrdən, debatlardan yayınmaqla özünü islahatlardan kənarda saxlamaq istəyir, islahatlara qarşı çıxır?!

Söhbət səslənən bütün tənqidlər yüzdəyüz haqlı və ya haqsız olmasından getmir. Mətbuat üçün istər hesabatlar, istərsə də digər məsələlər qapalıdırsa, medianın bu informasiyalara əli çatmırsa, hansısa rəqəmlərdə, tənqidlərdə yanlışlıq da ola bilər. Bu istisna edilmir, amma qaranlıq məqamların aydınlaşması üçün Elxan Məmmədov şəxsən üzə çıxmalıdı. Baş katib medianın, müstəqil futbol mütəxəssislərinin   qarşısında oturub verilən sualları cavablandırmalı, müzakirəyə açıq olmalıdı. Öncədən hazırlanmış sualları əzbərləyərək müsahibələr verməklə mövcud problemlər yığınından qaçmaq olmaz.  

Niyə ictimaiyyətin televiziyasına – "İctimai TV”yə təşrif buyurmursuz? 

Yuxarida  sadaladığım islahat dalğasında  ərsəyə gəlmiş daha bir  uğur Balakişi Qasımovun İctimai televiziyaya sədr seçilməsi oldu. O da gələndən sonra cəmiyyətdə çoxdandı həm İTV-də, həm də digər kanallarda qeyd etdiyim kimi, yoxa çıxan "müzakirə platforması"nın bərpası gündəmə gəlib. Müəyyən mənada İTV buna nail olub. Digər kanallarımız da uğurlu tendensiyanı davam etdirmək üçün cəhd göstərirlər. 
Sizinlə də futbolumuzun durumunu müzakirə edəcəklər. Niyə getmirsiz? Ora hazır suallar ötürə bilmirsiz deyə?

İstər Futbolun İnkişafına dair Dövlət Proqramının tətbiq olunduğu, istərsə də sonrakı illərdə ayrılan milyonlar fonunda gerçək inkişaf yoxdursa, 24 il əvvəlki nəticə təkrarlanırsa, cəmiyyət, media bunun səbəbini soruşursa, HAQ-QI-DIR! 
Məmmədov müzakirələrdən qaçırsa, hansısa kənar qüvvələrdən danışırsa, söhbət hansı kənar qüvvədən gedə bilər ki? Bəlkə hansısa jurnalist AFFA rəhbərliyinin və yaxud  baş katibin postunu tutmaq eşqinə düşüb? İstəyimiz "vəzir”in bizlərə boy göstərməsi, suallara cavab verməsidi. 
Bizlər yalnız bunda maraqlıyıq. Bunun üçün maraqlı qüvvəyik. Və bu islahatlarda daha kimlərin maraqlı qüvvə olduğunu yuxarıda xatırlatdım.
Siz hansı qüvvənin yanındasız?

Əli Sahib
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X