12:05 09.12.2019 2284

Ponomaryovun ayaq səsləri və ya Sopiçin qış nağılı

Bir bazar təsəvvür edin. Bir də maaşını bu aydan o biri aya zorla çatdıran, əlində aztutumlu səbət olan alıcı. Nə alacaq? Təbii, nə alacaqsa, 1-2 kiloqram vacib olanları alacaq. Mövsümü tərəvəz, meyvə də ən ucuzlarından alınacaq ki, büdcəyə uyğun olsun, həm də evdəki "çəpiş”ləri tamarzı qalmasın.


Bir bazar təsəvvür edin. Bir də israfçılığa yol vermədən, meyvənin, tərəvəzin ən yaxşısını alan, yetərincə imkanlı bir alıcını...

 

Bir bazar təsəvvür edin. Bir də əlini hansı cibinə saldısa, yüz-yüz beli bağlı pulu olan, arxası ilə arabaçı gələn bir alıcını... Nə alacaqsa, 1 tay və ya 1 yeşik alacaq...


Ağına-bozuna baxmadan bazarda pulu göyə sovurub, bazarlığını maşınına yüklətdirdikdən sonra arabaçının pulunu kəsəni... "Filan şeydən niyə çox almısan, xarab olacaq” tənəsini qulaqardına vurub "xarab olar atarsan zibil qabına” deyəni...


Futbolumuzda da bazarlıq başlayır. Bəli, sözün əsl mənasında ba-zar-lıq. Bu bazarın "Keşlə”, "Səbail” kimi alıcıları da var, "Qarabağ”, "Neftçi” hətta "Sabah” kimi müştəriləri də.


Niyə "Sabah”?


"Sabah”ın yeni baş məşqçisi Jelko Sopiçə deyəsən külli-ixtiyarla yanaşı qızıl dağlar da vəd olunub. Sanki ona başqa klubu göstərib, tam başqa bir yerə gətiriblər. Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi”ni qəbul edən (0:2) qəsəbə komandasının xorvat çalışdırıcısı oyunsonrası mətbuat konfransında konkret ağzına gələni danışıb. Hətta jurnalistlərə "mən axmağam” sualını da verib. Kimin ağıllı, kimin axmaq olduğunu zaman göstərəcək. Lakin iki oyundan sonra klubdaxili intriqaya rəvac verəcək açıqlama heç də ağıllı addım deyil.


Birincisi, heç kim sizin başınıza qara torba keçirib Azərbaycana gətirməyib. Gəldiyiniz komandanın oyunlarına baxmısınız, futbolçuların potensialına az-çox bələd olmusunuz, sonra klubla anlaşmısınız. Bu nə açıqlamadı?

 

İkincisi, "kluba gələrkən mənə dedilər ki, filan futbolçu top səviyyədədi” nə deməkdi? İki sualdan sonra öz yalanınızı üzünüzə-gözünüzə niyə bulaşdırdınız?

Cavaba diqqət edin: "Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım”.


"Filankəs top səviyyəli futbolçudu” deyiləndə niyə demirdiniz ki, oyunları izləmişəm, dediyiniz səviyyədə futbolçu yoxdu. Bu tip klubdaxili söz-söhbətlər mətbuata məqsədsiz çıxmır. "Sabah”ın idarəetməsində dəyişikliklərin siqnalıdı. Məşqçinin açıqlamasına diqqət etsəniz, klub prezidenti Maqsud Adıgözəlovun, icraçı-direktor Emin Abbasovun və sairlərin hədəfə alındığını asanlıqla sezərsiniz.


Sitat: "Qışda nəsə dəyişikliklər etməliyik. Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdu. Adi azarkeş də bunu hiss edir”.


Bu fikiri qaldırın, altındakı adlara baxın. Təkcə komandanı nəzərdə tutmur, rəhbərliyi də sancır bu fikirlə.

 

Çox danışmaq, yazmaq olar, amma bir az da gözləsək, bütün daşlar yerinə oturacaq. Şəxsi qənaitimdir ki, bu gedişdə Ponomaryov qoxusu var. Bir müddət sonra canlı əfsanəni klub prezidenti postunda görsək, təəcüblənməyin. O da sirr deyil ki, klub sahibinin İqor Ponomaryova simpatiyası böyükdü. Elə bu səbəb çox şeydən xəbər verir.

 

Bazar olsun!

 

Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X