15:23 17.12.2019 2047

"Sərhədçi Kikboks Klubu"nun növbəti uğuru - FOTO

Kikboksçularımız daha bir yarışda etimadı doğruldublar.

Fanat.Az xəbər verir ki, söhbət Ukraynada keçirilən "Wizard Open” turnirindən gedir. Ukrayna paytaxtı Kiyevdə təşkil olunan yarışda, ölkəmizi Azərbaycan Kikboksinq Federasiyasının "Sərhədçi” klubunun yetirmələri təmsil ediblər. Komandamız əməkdar məşqçi, əməkdar idman ustası, dünya çempionu Fuad Zeynalovun rəhbərliyi altında 7 medal qazanıb.

Ən yaxşı göstərici Elcan Alıkişiyev, Elşad Şahbazov və Elməddin Baxşəliyevin aktivindədir. Hər üç kikboksçu yarışın baş mükafatına layiq görülüb.



Vüsal Kazımovla Zöhrab Əsədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Məqsəd Hacıyevlə Nihad Hüseynov isə bürünc medala sahib olub.

İki idmançımız həmçinin, turnirin "Qala gecəsi”ndə də bacarığını göstərib. Elcan Alıkişiyevlə Elşad Şahbazov döyüşləri qələbə ilə başa vurub.



Qeyd edək ki, ənənəvi "Wizard Open” turnirində, Ukrayna, Azərbaycan, İsrail, Bolqarıstan və Moldova kikboksçuları qələbə uğrunda mübarizə aparıblar.  

Komandanın çıxışını yüksək qiymətləndirən baş məşqçi Fuad Zeynalov,  "Sərhədçi” Kikboksinq klubunun bütün uğurlarına görə, AKF-nin prezidenti Adil Əliyevə və "Sərhədçi” Kikboksinq klubunun prezidenti Cavid Ismayılova təşəkkürünü bildirib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X