Belçika millisi və "Real"ın futbolçusu Eden Hazard azı 3 ay yaşıl meydanlardan kənarda qala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib.
O, İspaniya mətbuatına açıqlamasında Hazardın ən azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: "Bizim "Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə "Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Hazard kimi futbolçu həmişə meydanda olmalıdı".
Təhlükəli ehtimallar özünü doğrultsa, 29 yaşlı hücumçu 12 iyun - 12 iyulda keçiriləcək AVRO-2020-ni buraxa bilər.
Qeyd edək ki, Hazard İspaniya La Liqasında XXV turun "Levante" ilə səfər oyununda zədələnib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Fanat.Az